08:52 - 25.11.2026
25 noyabr, Fineko/abc.az. Dünya bazarında neftin qiyməti əvvəlki sessiyanın yekunlarına görə artımdan sonra çərşənbə günü keçirilən hərracların gedişində azalır.
Saat 08:45-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin yanvar fyuçersləri 1,26 dollar (1,38%) ucuzlaşaraq bir barel üçün 90,14 dollar təşkil edib. Noyabrın 24-də keçirilən hərracların yekunlarına görə isə onların dəyəri 2,03 dollar (2,27%) artaraq bir barel üçün 91,40 dollara çatmışdı.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin yanvar fyuçersləri 1,34 dollar (1,63%) ucuzlaşaraq bir barel üçün 80,71 dollar olub. Ötən gün bu müqavilələr 1,88 dollar (2,35%) bahalaşaraq bir barel üçün 82,05 dollar səviyyəsinə yüksəlmişdi.
25 Noyabr 2026
25 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026