10:03 - 25.11.2026
25 Noyabr, Fineko/abc.az. Dünya bazarlarında neft qiymətlərində müşahidə olunan dinamika fonunda Azərbaycanın “Azeri Light” markalı xam neftinin qiyməti artıb.
Məlumata görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,32 ABŞ dolları və ya 1,39 faiz bahalaşaraq 96,13 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin əsas ixrac markası olan “Azeri Light” həm "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunur, həm də Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri və digər marşrutlarla dünya bazarlarına çıxarılır.
Tarixi göstəricilərə nəzər saldıqda, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), mütləq maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 ABŞ dolları) qeydə alınıb.
25 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026