12:18 - 23.11.2026
23 noyabr, Fineko/abc.az. Paytaxtda vaxtilə yalnız avtomobil saxlamaq məqsədilə inşa edilən köhnə qarajlar hazırda daşınmaz əmlak bazarında onminlərlə manata təklif olunur.
Satış elanlarının təhlili göstərir ki, sovet dövründən qalma bu obyektlərin qiyməti onların yerləşdiyi ünvandan və istifadə təyinatından asılı olaraq kəskin dəyişir.
Belə ki, ən bahalı təkliflər Yasamal və Nərimanov rayonlarında müşahidə edilir; burada bəzi qarajların satış dəyəri 78-80 min manata qədər yüksəlir, hətta Nərimanov metrosu yaxınlığında 14-27 kvadratmetrlik obyektlər 50-55 min manat aralığında alıcı gözləyir.
Yasamalda ən münasib qiymətli avtomobil qarajları 25-30 min manatdan başlasa da, Binəqədi, Suraxanı, Sabunçu rayonları və Sumqayıt şəhərində bu tip tikililəri 10-20 min manata tapmaq mümkündür.
Ekspertlər bildirirlər ki, qarajların bir çoxunun təmir sexi, anbar və ya avtoyuma kimi kommersiya obyektinə çevrilməsi onların dəyərini daha da artırır və bu cür əmlaklar gəlirli yatırım vasitəsi kimi dəyərləndirilir.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026