11:42 - 19.11.2026
19 noyabr, Fineko/abc.az. Yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri ilə əlaqədar Bakıda Hava limanı şosesi və ətraf ərazilərdə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət qoyulacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 20 noyabr saat 00:00-dan 06:00-dək Hava limanı şosesindən metronun "Koroğlu" stansiyası istiqamətində (Zığ döngəsi, Bülbülə–Əmircan döngəsi və "Komsomol" dairəsi əraziləri) hərəkət dayandırılacaq və sürücülər alternativ olaraq Zığ yolundan "8 Noyabr" prospekti istiqamətinə yönləndiriləcək.
21 noyabr saat 23:00-dan 05:45-dək isə əks istiqamətdə – "Koroğlu" stansiyasından Hava limanına doğru yol bağlanacaq.
Bu zaman sürücülər Bakıxanov qəsəbəsi (Elşən Mehdiyev, Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmadəddin Nəsimi və Əli İsaqzadə küçələri) və ya "8 Noyabr" prospektindən Zığ şosesinə keçməklə hərəkət edə biləcəklər. DYP sürücülərdən sıxlığı nəzərə alaraq alternativ yollardan istifadə etməyi xahiş edir.
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
24 Noyabr 2026