Bakı və Berlin Qara dəniz sualtı kabel layihəsini və birbaşa uçuşların artırılmasını müzakirə edib

12:41 - 18.11.2026


18 Noyabr, Fineko/abcnews. Azərbaycan və Almaniya Avropa İttifaqı tərəfindən dəstəklənən Qara dəniz sualtı elektrik kabeli layihəsindən Almaniyanın potensial faydalanma imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir görüşdə Azərbaycanın Orta Dəhlizin inkişafındakı rolunun, Avropa ilə Mərkəzi Asiya arasında tranzit-logistik əməkdaşlığın və Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi imkanların da nəzərdən keçirildiyini vurğulayıb.

C.Bayramov əlavə edib ki, tərəflər iki ölkə arasında həyata keçirilən müntəzəm sərnişin və yük aviareyslərinin həm intensivliyinin, həm də uçuş məntəqələrinin artırılması istiqamətində müzakirələr aparıblar.