Qızılın qiyməti 3 551,68 dollara enib: qiymətli metal mart ayından bəri ən kəskin həftəlik ucuzlaşmanı yaşayır

09:07 - 20.11.2026


20 Noyabr, Fineko/abcnews. Qızıl qiymətləri ABŞ dollarının möhkəmlənməsi və Federal Ehtiyat Sisteminin (Fed) pul-kredit siyasətinə dair gözləntilər fonunda ucuzlaşmaqda davam edir.

Spot bazarda qızıl gün ərzində 2025-ci ilin sentyabrından bəri ən aşağı həddi yenilədikdən sonra 1,9% azalaraq bir unsiya üçün 3 551,68 ABŞ dollarına geriləyib.

Dekabr fyuçersləri üzrə ABŞ qızıl müqavilələri isə 3,6% dəyər itirərək 3 551,90 dollardan ticarət olunub. Qızılın həftəlik itkisi təxminən 8,9%-ə çatıb ki, bu da 20 mart həftəsindən bəri qeydə alınan ən sərt həftəlik geriləmədir.