15:56 - 23.11.2026
23 noyabr, Fineko/abc.az. Cari ilin yanvar–sentyabr aylarında Azərbaycandan günəbaxan və saflor yağlarının ixracı dəyər ifadəsində 88 faiz artaraq 6,76 milyon ABŞ dollarına çatıb, halbuki ötən ilin eyni dövründə bu göstərici 3,59 milyon dollar səviyyəsində idi.
Hesabat dövründə xarici bazarlara satılan məhsulun fiziki həcmi də 66,1 faiz yüksələrək 2 140,6 tondan 3 556,4 tona qalxıb. İxrac edilən yağın 72,2 faizi, yəni 4,88 milyon dollarlıq hissəsi məhz İraq bazarına göndərilib.
Eyni zamanda, məhsulun bir tonunun orta ixrac qiyməti 13,2 faiz bahalaşaraq 1 679 dollardan 1 901 dollara yüksəlib.
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, ixracla yanaşı daxili istehsalda da ciddi artım müşahidə olunub: ölkədə təmizlənmiş günəbaxan və saflor yağlarının istehsalı 35 faiz artaraq 18,71 min tondan 25,26 min tona, ümumi duru bitki yağlarının istehsalı isə 31,8 faiz artımla 28,90 min tondan 38,08 min tona çatıb.
Həmçinin oktyabrın 1-nə olan məlumata əsasən, ölkədə dən üçün 32,2 min ton günəbaxan yığılıb ki, bu da ötən illə müqayisədə 11,6 faiz çoxdur.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026