Çin əsas kredit faiz dərəcələrini dəyişməz saxlayıb

12:24 - 20.11.2026


20 Noyabr, Fineko/abcnews. Çində əsas göstərici funksiyasını yerinə yetirən 1 və 5 illik kredit faiz dərəcələrində (LPR) dəyişiklik edilməyib.

Çin Milli Banklararası Maliyyə Mərkəzinin məlumatına görə, korporativ kreditlər üçün əsas götürülən 1 illik LPR dərəcəsi 3%, ipoteka və daşınmaz əmlak kreditləri üçün istinad göstəricisi olan 5 illik LPR dərəcəsi isə 3,5% səviyyəsində sabit saxlanılıb.

Qeyd edək ki, ölkədəki 18 bankın Çin Mərkəzi Bankının uçot dərəcəsi üzərinə əlavə etdiyi marja əsasında müəyyənləşdirilən LPR 2019-cu ildən etibarən əsas faiz göstəricisi kimi tətbiq olunur. Çində kredit faizləri sonuncu dəfə 2025-ci ilin mayında hər iki müddət üzrə 10 baza bəndi azaldılaraq müvafiq olaraq 3,1%-dən 3%-ə və 3,6%-dən 3,5%-ə endirilmişdi.