Rəqəmsal Maliyyə Mərkəzində yeni təyinat

11:00 - 20.11.2026


20 noyabr, Fineko/abc.az. Nurlan Soltanov Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.

Soltanov bu təyinatadək Maliyyə Nazirliyinin Aparatının Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

Nurlan Soltanov bildirib ki, mərkəzin əsas hədəfləri dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanı sürətləndirmək, Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sistemini inkişaf etdirmək və müasir texnoloji həllərin tətbiqini genişləndirməkdir.