15:15 - 20.11.2026
20 Noyabr, Fineko/abcnews. "Citigroup" strateqlərinin fikrincə, səhm faktorları arasındakı rotasiya bazarda "ən azı sarı işıq" yandırır və 2000-ci il ilə 2021-ci ildə qeydə alınan əvvəlki bazar zirvələrini xatırladır.
Dirk Villerin rəhbərlik etdiyi analitik qrupun hesabatında qeyd olunur ki, sektor rotasiyası faktor rotasiyası qədər mənfi siqnal olmasa da, eyni zamanda istiqraz bazarındakı yüksəlişi dəstəkləyir.
Analitiklər həmçinin mis qiymətlərindəki kəskin satışların istehsalat PMI indeksindən bir neçə ay sonra zirvəyə çatmaq meylinə görə iqtisadi dövr üçün "narahatedici siqnal" olduğunu vurğulayıblar.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) son faiz artımından əvvəl əməliyyat aparmaqdan çəkinməyə çağıran strateqlər Kanada, Avstraliya və Avropada uzunmüddətli faiz dərəcələri üzrə mövqe tutmağa üstünlük verdiklərini bildiriblər.
Bundan əlavə, bazarın İran münaqişəsindən qaynaqlanan riskləri lazımınca qiymətləndirmədiyini qeyd edən "Citigroup" ekspertləri Avropa səhmlərindəki uzun (alış) mövqelərini azaldıblar.
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026