17:30 - 17.11.2026
17 noyabr, Fineko/abc.az. 2027-ci ildə üç yaşınadək uşağa qulluğa görə müavinətlərin ödənilməsi üçün 21,39 milyon manat ayrılacaq və bu istiqamətdə 24 870 nəfərə orta hesabla 8,6 ay müddətində ayda 100 manat (2026-cı ildə 24 519 nəfər üçün 37,58 manat gözlənilir) ödəniş ediləcək.
Hamiləliyə və doğuma görə müavinətlərə 77,34 milyon manat yönəldiləcək ki, burada 19 599 nəfər üçün orta ödəniş günlərinin sayı 78 gün, bir iş gününə düşən orta gündəlik qazanc isə 50,57 manat götürülüb.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər üçün isə 47,38 milyon manat proqnozlaşdırılır və bu məbləğ 37 538 nəfər üzrə orta hesabla 23,6 gün və 53,50 manat orta gündəlik qazanc əsasında hesablanıb.
Bundan başqa, gələn il dəfn müavinətlərinin maliyyələşdirilməsinə 50,51 milyon manat vəsait ayrılacaq.
Ölkədə ölənlərin sayının 67 200 nəfər, dəfn müavinəti alanların sayının isə 42 879 nəfər (1 895 sığortaolunan və 40 984 əmək pensiyaçısı) olacağı proqnozlaşdırılır.
Bir nəfərə düşən orta dəfn müavinəti məbləği sığortaolunanlar üzrə 700 manat, əmək pensiyaçıları üzrə isə 1 200 manat nəzərdə tutulub.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026