Ünvanlı sosial yardım alanların sayı 17,8 min nəfər artıb

10:45 - 18.11.2026


18 noyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il oktyabrın 1-nə Azərbaycanda 78 min 900 aztəminatlı ailənin 349 min 300 üzvü ünvanlı dövlət sosial yardımı alıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə ailə sayı üzrə 3 min 600 (4,8%), üzvlərin sayı üzrə isə 17 min 800 nəfər (5,4%) artım deməkdir.

Hesabat dövründə bir nəfərə düşən orta aylıq yardım məbləği 1,1% (1 manat 04 qəpik) artaraq 97 manat 96 qəpikdən 99 manata yüksəlib.

Bununla yanaşı, ilin ilk doqquz ayında 24 min 900 ailəyə 25 min 700 uşağın doğulmasına görə birdəfəlik müavinət ödənilıb (ötən il 29 min 900 uşaq üçün ödənilmişdi).

Həmçinin radiasiya qəzasından zərər çəkmiş 3 min 600, cəzaçəkmə müəssisələrindən azad edilmiş 6 min 200 nəfərə birdəfəlik müavinət verilib.

Prezident təqaüdü və fəxri adlara görə təqaüd alanların sayı isə illik müqayisədə 401 min 700 nəfərdən 407 min 600 nəfərə çatıb.