17:27 - 20.11.2026
20 noyabr, Fineko/abc.az. Cari ilin ilk 10 ayında sosial sığorta hesabına 221 min nəfərə 149 milyon manat müavinət ödənilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2025-ci ilin eyni dövrünə dair göstəriciləri ilə müqayisədə (143 milyon 640 min manat) bu istiqamət üzrə ödənişlərdə 5 milyon 360 min manat və ya 3,7% artım qeydə alınıb.
Digər tərəfdən, elektron sistem üzərindən vətəndaşın müraciəti olmadan həyata keçirilən müavinət və təqaüd təyinatlarının illik dinamikasında azalma müşahidə olunub.
Belə ki, ötən ilin yanvar–oktyabr aylarında 133 min belə təyinat aparıldığı halda, bu il göstərici 10 min və ya 7,5% azalaraq 123 min təşkil edib.
Bununla belə, 2019-cu ildən etibarən həyata keçirilən proaktiv təyinatların ümumi sayı artıq 1 milyona çatıb.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026