12:28 - 13.11.2026
13 noyabr, Fineko/abc.az. Hazırda ölkədə qüvvədə olan akkreditasiya attestatlarının 184-ü sınaq laboratoriyalarının, 36-sı kalibrləmə laboratoriyalarının, 94-ü isə inspeksiya orqanlarının payına düşür.
Bu barədə Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) Keyfiyyət üzrə meneceri Ləman Salmanova media nümayəndələri üçün keçirilən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu” adlı maarifləndirmə tədbirində deyib.
O, həmçinin digər sahələr üzrə mövcud statistik göstəriciləri açıqlayaraq bildirib ki, məhsulların sertifikatlaşdırılması üzrə qurumlara 20, fiziki şəxslərin sertifikatlaşdırılması üzrə orqanlara 20, idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə təşkilatlara isə 15 attestat verilib.
Cari ilin ötən dövrünün nəticələrinə toxunan AzAK rəsmisi 2026-cı ilin yanvar-sentyabr aylarında akkreditasiya ilə bağlı 92 müraciətin qeydə alındığını və 101 attestatın rəsmiləşdirilərək təqdim edildiyini vurğulayıb.
Ləman Salmanovanın sözlərinə görə, hesabat dövründə sınaq laboratoriyalarına 52, kalibrləmə laboratoriyalarına isə 27 attestat verilib.
Bununla yanaşı, mal, xidmət və işlərin sertifikatlaşdırılması üzrə qurumlara 8, idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə təşkilatlara 4, fiziki şəxslərin sertifikatlaşdırılması üzrə orqanlara 4, inspeksiya qurumlarına isə 6 attestat təqdim olunub.
Müəllif: Elmir Muradov
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026