ABŞ iqtisadiyyatında görünməmiş faiz rekordu — 1,05 trilyon dollar

10:29 - 19.10.2026


19 Oktyabr, Fineko/abc.az. ABŞ Xəzinədarlığının məlumatlarına görə, 2026-cı maliyyə ilində ölkənin xalis faiz xərcləri ötən illə müqayisədə 8%-dən çox artaraq 1,05 trilyon dollarlıq rekor səviyyəyə yüksəlib.

Borc stokunun 32 trilyon dolları aşması və istiqrazlar üzrə orta faiz dərəcəsinin 3,52%-ə qalxması federal büdcə üzərindəki təzyiqi artırır. "Peter G. Peterson" Fondunun proqnozuna görə, faiz xərclərinin ÜDM-ə nisbəti 3,2%-ə çataraq 1991-ci ilin rekorunu yeniləyə bilər.

Ekspertlər hazırda kəskin bir krizis gözləməsələr də, yüksək faiz xərclərinin ölkənin maliyyə hərəkət imkanlarını məhdudlaşdırdığını bildirirlər.