12:24 - 9.01.2019
9 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" blokundan (AÇG) mənfəət nefti və "Şahdəniz" yatağından kondensatın 2018-ci ildə satışından əldə etdiyi gəlir 9,720 milyon dollar təşkil edib.
ARDNF-in məlumatında deyilir ki, o cümlədən Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 245 milyon dollar təşkil edib.
ARDNF-in məlumatına əsasən, 2001-ci ildən etibarən 2019-cu ilədək AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 138 206 milyon dollar, Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə 2007-ci ildən etibarən 1 yanvar 2019-cu il tarixinə qədər 2 506 milyon dollar təşkil edib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026