10:51 - 9.01.2019
9 yanvar, Fineko/abc.az. Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri İqtisadiyyat Nazirliyi tərəfindən keçirilmiş Azərbaycanda sənayenin və sahibkarlığın inkişafına həsr edilən tədbirdə iştirak ediblər. Tədbirdə Ali Məktəbin tələbələrinin müəllifi olduqları məşhur “ThermoNorth” layihəsi “İlin ən gənc startup layihəsi” elan edilib. Layihəni hazırlayan eyniadlı komandanın kapitanı, BANM-ın V kurs tələbəsi Elmar Əsgərzadə İqtisadiyyat Naziri Şahin Mustafayev tərəfindən xüsusi plaketlə təltif olunub .
Qeyd edək ki, BANM-ın tələbələrinin müəllifləri olduqları “ThermoNorth” layihəsinin əsas məqsədi soyuq ölkələrdə maşın mühərrikini sərt hava şəraitinin təsirlərindən qorumaq üçün enerji saxlayan maddə istehsal etməkdir.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026