Şəmkir RİH yolların təmirinə 1,8 milyon manat ayırıb

10:14 - 27.10.2026


27 oktyabr, Fineko/abc.az. Şəmkirdə yolların təmirinə 1.8 milyon manat xərclənəcək.

Şəmkir Rayon İcra Hakimiyyəti rayonda avtomobil yollarının təmiri işlərinin satın alınması ilə bağlı müsabiqə keçirib.

Satınalmanın ehtimal olunan qiyməti 1 771 922,46 manat təşkil edir.

Müsabiqə üzrə podratçı “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyətidir.