10:05 - 19.10.2026
19 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın “Qazprom” şirkətindən təbii qaz alışını yenidən bərpa etməyi planlaşdırır.
Bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” forumunda bildirib.
“Qazprom”un rəhbəri Aleksey Miller də Rusiya şirkətinin Azərbaycan tərəfinin planlarından xəbərdar olduğunu təsdiqləyib. Elşad Nəsirovun sözlərinə görə, SOCAR dünyada yeganə şirkətdir ki, əvvəlcə “Qazprom”dan qaz alıb, daha sonra özü bu şirkətə qaz tədarük edib, indi isə yenidən alıcı qismində çıxış etmək istəyir. O, bunu qaz sənayesinin belə böyük şirkəti ilə əməkdaşlığın unikal nümunəsi adlandırıb.
“Biz qaz almışıq, “Qazprom”a qaz satmışıq, mövsümi svop əməliyyatları həyata keçirmişik. Bu, normal iş prosesidir”, – SOCAR-ın vitse-prezidenti bildirib.
Elşad Nəsirov əlavə edib ki, “Qazprom”a qaz satmaq onu almaqdan xeyli daha xoşdur.
Yeni tədarüklərin konkret həcmləri və müddətləri hələ müzakirə mərhələsindədir. Şirkətlər gələcək müqavilələrin dəqiq parametrlərini açıqlamırlar.
Aleksey Miller “Rusiya Enerji Həftəsi” çərçivəsində jurnalistlərə bildirib ki, “Qazprom” Azərbaycan tərəfinin qaz alışını bərpa etmək istəyindən xəbərdardır.
“Bəli, bilirik”, – “Qazprom”un rəhbəri deyib.
Rusiya ilə Azərbaycan arasında qaz sektorunda enerji əməkdaşlığı bir neçə onillikdir davam edir. Bu müddət ərzində tərəflərin rolu dəfələrlə dəyişib: Azərbaycan müxtəlif dövrlərdə həm Rusiya qazının alıcısı, həm də qaz tədarükçüsü kimi çıxış edib.
İki ölkə arasında mövsümi qaz svopları da enerji sektorunda istifadə edilən əməkdaşlıq mexanizmlərindən biridir.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026