Azərbaycanın xaricə alma satışından gəlirləri kəskin azalıb

15:27 - 19.10.2026


19 oktyabr, Fineko/abc.az. 2026-cı ilin ilk 9 ayında Azərbaycanın alma ixracında həm fiziki həcm, həm də əldə edilən gəlir baxımından azalma qeydə alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 2025-ci ilin ilk 9 ayında 50,20 milyon ABŞ dolları təşkil edən alma ixracının statistik dəyəri, 2026-cı ilin eyni dövründə 6% azalaraq 47.35 milyon ABŞ dollarına düşüb.

Xaricə satılan almanın fiziki həcmində də enmə müşahidə olunub. 2025-ci ilin müvafiq dövründə 71 377.04 ton alma ixrac edildiyi halda, 2026-cı ilin ilk 9 ayında bu göstərici 19% azalaraq 58 003.02 ton təşkil edib.

Almanın ümumi ixracdakı xüsusi çəkisi 2025-ci ildəki 0.27%-dən 2026-cı ildə 0.20%-ə düşüb. Qeyri-neft sektoru üzrə ixracda almanın payı isə 2025-ci ilin müvafiq dövründəki 1.89%-dən 2026-cı ilin eyni dövründə 0.71%-ə enib.