Azərbaycana idxal olunan buğdanın həcmi bu qədər çoxalıb

16:44 - 19.10.2026


19 oktyabr, Fineko/abc.az. 2026-cı ilin ilk 9 ayının yekunlarına əsasən, Azərbaycanın xaricdən həyata keçirdiyi buğda idxalında həm fiziki həcm, həm də dəyəri baxımından artım qeydə alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda qeyd edilib.

2025-ci ilin ilk 9 ayında 188,58 milyon ABŞ dolları təşkil edən buğda idxalının statistik dəyəri, 2026-cı ilin eyni dövründə 19% artaraq 224,03 milyon ABŞ dollarına çatıb.

Xaricdən ölkəyə gətirilən buğdanın fiziki həcmində də artım müşahidə olunub. 2025-ci ilin müvafiq dövründə 878 669.64 ton buğda idxal edildiyi halda, 2026-cı ilin ilk 9 ayında bu göstərici 18.80% artaraq 1 044 835.35 ton təşkil edib.

Buğdanın ümumi idxaldakı xüsusi çəkisi 2025-ci ilin ilk 9 ayındakı 1.12%-dən 2026-cı ildə 1.68%-ə yüksəlib.