Azot gübrəsi 9 ayda Azərbaycana 126 milyon 684,83 min dollar gəlir gətirib

14:44 - 19.10.2026


19 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 326 min 762,8 ton azot gübrəsi ixrac edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin statistikasında qeyd edilib. Bu ilin 9 ayında ixrac olunan azot gübrəsinin dəyəri 126 milyon 684,83 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun həcmi 23,5 %, dəyəri isə 4 % azalıb.

Azərbaycan məhsullarının ixracında azot gübrəsinin payı 0,71 % təşkil edir. Bu ilin 9 ayının ölkənin qeyri-neft sektoru üzrə ixracında payı isə 4,98 % təşkil edib.

Karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.