15:44 - 19.10.2026
19 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–avqust aylarında Azərbaycana gətirilən idxal məhsullarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə avqust ayında idxal qiymətləri aylıq 1,2 faiz, illik müqayisədə isə 23,3 faiz yüksəlib.
Səkkiz ay ərzində maşın və avadanlıqlar (42,7%), mebel məmulatları (46,5%), əczaçılıq məhsulları (35,4%), kimya sənayesi malları (35,3%) və hazır qida məhsulları (17,4%) xüsusilə kəskin bahalaşan qruplar arasında yer alıb.
Şəkər və qənnadı məmulatlarının idxal qiymətlərində isə 7,2 faizlik azalma qeydə alınıb.
Xarici bazarlardakı bu qiymət artımı daxili istehlak bazarına da birbaşa təsir göstərir.
Yanvar–sentyabr aylarında ölkədə orta illik inflyasiya 5,7 faiz təşkil edib, qida məhsulları isə 6,9 faiz bahalaşıb. Mərkəzi Bankın sədri Taleh Kazımovun da vurğuladığı kimi, ölkədəki inflyasiya əsasən əsas ticarət tərəfdaşlarından "idxal olunur".
Mərkəzi Bank enerji və ərzaq qiymətlərindəki qlobal yüksəlişin daxili bazara ötürülməsini əsas risk amili kimi qiymətləndirir və bu təsirin səviyyəsinin manatın ortaçəkili məzənnəsindən asılı olacağını bildirir.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026