9 ayda Azərbaycana pomidor satışından 172,34 milyon dollar daxil olub

11:54 - 19.10.2026


19 oktyabr, Fineko/abc.az. 2026-cı ilin ilk 9 ayının yekunlarına əsasən, Azərbaycanın tomat (pomidor) ixracında dəyər ifadəsində artım qeydə alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatlarında qeyd edilib.

2025-ci ilin ilk 9 ayında 157,17 milyon ABŞ dolları təşkil edən tomat ixracının statistik dəyəri, 2026-cı ilin analoji dövründə 9.6% artaraq 172,34 milyon ABŞ dollarına çatıb.

Həcm baxımından isə cüzi azalma müşahidə olunub. 2025-ci ilin müvafiq dövründə 144 029.41 ton tomat ixrac edildiyi halda, 2026-cı ilin ilk 9 ayında bu göstərici 0.6% azalaraq 143 137.68 ton olub.

Tomatın ümumi ixracdakı xüsusi çəkisi 2025-ci ilin 9 ayındakı 0.84%-dən 2026-cı ildə 0.72%-ə enib.  Qeyri-neft sektoru üzrə ixracda tomatın payı isə 2025-ci ilin müvafiq dövründəki 5.93%-dən 2026-cı ilin eyni dövründə 2.59%-ə düşüb.