17:03 - 19.10.2026
19 Oktyabr, Fineko/abc.az. Almaniyanın avtomobil nəhəngi "BMW" təxminən 40 min əməkdaşına böyük məbləğdə bonuslar qarşılığında könüllü olaraq işdən çıxmağı təklif edib. Təklif olunan tazminat paketi işlənilən hər il üçün 50 min avro təşkil edir (məsələn, 10 illik stajı olan işçi üçün bu məbləğ yarım milyon avroya çatır).
Müraciət etmək istəyənlərin sayının həddindən artıq çox olması səbəbindən şirkətin daxili qeydiyyat saytı sıradan çıxıb. Təcrübəli işçilərin böyük hissəsi eyni gündə işdən ayrılmaq üçün müraciət edib.
Yaranan böyük axından sonra müraciətlərin sayının 40 minlik limiti keçəcəyi və rəhbərliyin ayrılacaq kadrlar arasında seçim etmək məcburiyyətində qalacağı bildirilir.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026