Azərbaycan bu ölkələrdən smartfon tədarükünü bərpa edib

14:19 - 19.10.2026


19 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 314,5 milyon ABŞ dolları dəyərində 701 min 908 ədəd smartfon idxal edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarnda qeyd edilib. Bu, 2025-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 % çox, kəmiyyət olaraq – 15,4 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 234,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 18,8 % çox) 507 min 570 ədəd (-23,1 %), Vyetnamdan 66,94 milyon ABŞ dolları dəyərində (+13,9 %) 175 min 324 ədəd (+14 %), Hindistandan 13 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 18 min 483 ədəd (+82,8 %), Tailanddan 203,3 min ABŞ dolları dəyərində 199 ədəd (1 il əvvəl tədarük olmayıb), İndoneziyadan 77,36 min ABŞ dolları dəyərində (-9 %) 175 ədəd (-45 %) cihaz alıb.