10:12 - 16.10.2026
16 Oktyabr, Fineko/abc.az. ABŞ Xəzinədarlıq Departamenti İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq məqsədilə "İqtisadi Təcrid Əməliyyatı" çərçivəsində Tehranla əlaqəli 16 fiziki və 10 hüquqi şəxsi sanksiya siyahısına əlavə edib.
Sanksiya siyahısına İrana maliyyə vasitəçiliyi göstərən və ABŞ dollarına çıxış təmin edən İraqın "International Development Bank for Investment and Finance" (IDB) bankı və Kubanın "Banco Internacional de Comercio S.A." (BICSA) bankı da daxil edilib.
Məlumata görə, bu tədbirlər İranın neft satışından əldə etdiyi gəlirləri ölkəyə köçürmək üçün istifadə etdiyi kölgə bankçılığı şəbəkələrini hədəf alır. Eyni zamanda, ABŞ Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi (FinCEN) maliyyə institutlarına xəbərdarlıq edərək, İranın dini yardım şəbəkələri ilə bağlı şübhəli əməliyyatlar barədə məlumat verməyi tələb edib.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026