16:34 - 15.10.2026
15 Oktyabr, Fineko/abc.az. Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında görüş olub. Söhbət zamanı ikitərəfli müttəfiqlik əlaqələrinin inkişafından və Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşünün nəticələrindən məmnunluq ifadə olunub.
Görüşün ardından dövlət başçıları Sumqayıtla Aktau arasında Xəzər dənizinin dibi ilə çəkilmiş Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını ediblər.
"Rəqəmsal İpək Yolu" təşəbbüsü çərçivəsində reallaşdırılan 380 kilometrlik bu layihə saniyədə 400 terabitdən çox data ötürmə qabiliyyətinə malikdir. Yeni xətt Çin və Mərkəzi Asiyadan məlumatların Azərbaycan, Qazaxıstan və Gürcüstan, daha sonra Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan yaratmaqla Orta Dəhlizin rəqəmsal strateji əhəmiyyətini artırır. Bu layihə həm də ölkələrimizdə süni intellekt üçün məlumat emalı mərkəzləri (DATA mərkəzlər), bulud xidmətləri və yüksəktexnologiyalı sahələrin inkişafı üçün yeni perspektivlər açır.
Tədbir çərçivəsində həmçinin Orta Dəhlizin inkişafı üzrə əməkdaşlıq sazişi mübadilə olunub və AZCON holdinq tərəfindən iki quru yük gəmisinin əldə olunması təsdiqlənib.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026