10:55 - 14.10.2026
14 Oktyabr, Fineko/abc.az. Energetika Nazirliyinin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlarına əsasən, Azərbaycanda elektrik enerjisinin ümumi istehsalı 21 milyard 190,9 milyon kVt·st təşkil edib.
Hesabat dövründə İES-lərdə 16 960 milyon kVt·st, SES-lərdə 2 767,1 milyon kVt·st, digər mənbələr üzrə isə 1 463,8 milyon kVt·st elektrik enerjisi istehsal olunub.
İlin ilk 9 ayında külək elektrik stansiyalarında 768,7 milyon kVt·st, günəş stansiyalarında 501,5 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 193,6 milyon kVt·st enerji əldə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə SES-lər daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə istehsal 1 051,9 milyon kVt·st artaraq 4 230,9 milyon kVt·st-a yüksəlib.
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026