Neft bahalaşır: Brent markalı neft barel başına 106,34 dollara ticarət edilir

09:19 - 14.10.2026


14 oktyabr, Fineko/abc.az. Çərşənbə günü ticarət zamanı etalon markaların qiymətləri artır.

Saat 09:17-yə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri 0,65 dollar (0,62%) bahalaşaraq bir barel üçün 106,34 dollara çatıb. Oktyabrın 13-də keçirilən ticarətin yekunlarına görə, onların qiyməti 0,96 dollar (0,90%) azalaraq bir barel üçün 105,69 dollar təşkil edib.

NYMEX birjasında WTI markalı neftin noyabr fyuçersləri saat 09:17-yə olan məlumata görə, 0,57 dollar (0,61%) bahalaşaraq bir barel üçün 94,71 dollara çatıb. Oktyabrın 13-də keçirilən ticarətin yekunlarına görə, müqavilələrin qiyməti 0,40 dollar (0,43%) artaraq bir barel üçün 94,14 dollar təşkil edib.