Astarada bu şəxslərə 74 mənzil veriləcək - 3,4 milyon manat xərclənəcək

10:50 - 12.10.2026


12 oktyabr, Fineko/abc.az. Astarada şəhid ailələri və əlilliyi olan şəxslər üçün 74 mənzil alınır.

Sosial Xidmətlər Agentliyi Astara rayonunda şəhid ailələri və əlilliyi müəyyən olunmuş şəxslər üçün 74 mənzilin satın alınmasına 3 428 932 manat vəsait ayırıb.

Satınalma çərçivəsində 37 ikiotaqlı və 37 birotaqlı mənzilin alınması nəzərdə tutulur.

Mənzillərin satın alınması üzrə müqavilə Natiq Hüseyn oğlu Əlisoy ilə bağlanıb.