Neft ucuzlaşır: Brent-in bir bareli 103,57 dollar təşkil edir

09:18 - 12.10.2026


12 oktyabr, Fineko/abc.az. Bazar ertəsi günü keçirilən ticarət əməliyyatları zamanı neftin etalon markalarının qiyməti aşağı düşür.

Saat 09:15-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" neftinin dekabr fyuçersi 1,15 dollar (1,10%) ucuzlaşaraq bir bareli üçün 103,57 dollar təşkil edib. Oktyabrın 9-da keçirilən ticarətin yekunlarına əsasən isə onun qiyməti 0,44 dollar (0,42%) artaraq bir bareli üçün 104,72 dollar olub.

"NYMEX" birjasında "WTI" neftinin noyabr fyuçersinin qiyməti saat 09:15-ə qədər 1,35 dollar (1,47%) azalaraq bir bareli üçün 90,50 dollara enib. Oktyabrın 9-da keçirilən ticarətin yekunlarında onun qiyməti 0,36 dollar (0,39%) artaraq bir bareli üçün 91,85 dollar təşkil etmişdi.