Xəzər dənizinin dibi ilə kabel çəkən şirkət Azərbaycanda nümayəndəlik açıb

10:24 - 12.10.2026


12 oktyabr, Fineko/abc.az. Xəzər dənizinin dibi ilə fiber-optik kabel çəkən şirkət Azərbaycanda filial açıb.

“CaspiLink B.V.” şirkətinin Azərbaycandakı filialı dövlət qeydiyyatına alınıb. “CaspiLink B.V.” “AzerTelecom” və Qazaxıstanın “Kazakhtelecom” şirkətlərinin birgə müəssisəsidir. Şirkət Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi layihəsini həyata keçirir.

Azərbaycandakı filialın qanuni təmsilçisi Gürcüstan vətəndaşı Ana Nakaşidzedir. Filialın hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 113-dür.