Türkiyə TDT-yə üzv ölkələr arasında ən çox ixracı Azərbaycana edib

10:55 - 5.10.2026


5 oktyabr, Fineko/abc.az. 2021-2025-ci illərdə Türkiyə Türk Dövlətləri Təşkilatına (TDT) üzv Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla ümumilikdə 72,2 milyard dollarlıq ticarət həyata keçirib.

Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatına görə, bu dövrdə Türkiyənin sözügedən ölkələrə ixracı 41,6 milyard dollar, idxalı isə 30,6 milyard dollar olmaqla, 10,9 milyard dollarlıq müsbət saldo yaranıb.

Beş il ərzində Türkiyənin ən çox məhsul ixrac etdiyi TDT ölkəsi 13,7 milyard dollarla Azərbaycan olub (Qazaxıstana 12,4 milyard, Özbəkistana 9,9 milyard, Qırğızıstana 5,6 milyard dollar).

İdxalda isə birinci yeri 16,7 milyard dollarla Qazaxıstan tutub (Özbəkistandan 6,9 milyard, Azərbaycandan 6,2 milyard, Qırğızıstandan 951,9 milyon dollar).

Bununla da Türkiyənin Azərbaycanla 5 illik ticarət dövriyyəsi 19,9 milyard dollara çatıb. 2026-cı ilin ilk 9 ayında Türkiyə bu dörd ölkəyə 4,8 milyard dollarlıq ixrac reallaşdırıb.

İqtisadi əməkdaşlığın növbəti mərhələsində Orta Dəhliz, enerji, süni intellekt, rəqəmsal ticarət və azad iqtisadi zonalar əsas istiqamətlər kimi müəyyənləşdirilib, Bakı-Tbilisi-Qars dəmir yolu isə logistikada əsas elementlərdən biri olaraq qalır.