El-Ninyo şəkər bazarına zərbə vurdu: qiymətlər artır, çatışmazlıq riski güclənir

15:34 - 1.10.2026


1 oktyabr, Fineko/abc.az. El-Ninyo fenomeni dünyanın ən böyük şəkər istehsalçılarına təsir edərək bu sahənin iqlim amillərinə yüksək həssaslığını üzə çıxarır.

Bu barədə Bloomberg yazır.

İlin əvvəlində şəkər bazarında təklif artıqlığı müşahidə olunsa da, El-Ninyo vəziyyəti kəskin dəyişir və analitiklər artıq cari mövsümdə çatışmazlıq gözləyirlər. İyuldan bəri xam şəkər fyuçersləri 25%-dən çox bahalaşıb, bu gün isə kotirovkalar 1,2% artım göstərir.

El-Ninyo cənub yarımkürəsində şəkər qamışı yetişdirilən bölgələrdə yağıntıları artırır, ekvatordan şimalda isə quraqlığı gücləndirir ki, bu da Braziliya, Hindistan və Tailand kimi əsas istehsalçılara mənfi təsir edir. Nəticədə şəkər qiymətləri kəskin yüksələrək qlobal ərzaq qiymətlərini üç ildən çox müddətdə maksimuma çatdırıb və düyü, kakao, qəhvə və palma yağı kimi digər məhsullar üçün də risk yaradır.