10:38 - 2.10.2026
2 oktyabr, Fineko/abc.az. Suraxanı rayonunda təmir işləri ilə əlaqədar bu gün, oktyabrın 2-də saat 14:00-dan etibarən bir sıra yol hissələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, təmir işləri Zığ şossesinin (beton yol) “MİDA” Yaşayış Kompleksi avtomobil yolu istiqamətində, “MİDA” Yaşayış Kompleksinin avtomobil yolunda, həmçinin kompleksdən Zığ şossesinə, hava limanı istiqamətində çıxış yolunda aparılacaq.
Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
AAYDA sürücülərə hərəkət zamanı diqqətli olmalarını və alternativ marşrutlardan istifadə etmələrini tövsiyə edib
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026