Yeni qərar: 20 min manatdan yuxarı elektron köçürmələrə nəzarət gücləndirilir

15:07 - 30.09.2026


30 sentyabr, Fineko/abc.az. Maliyyə Monitorinqi Xidmətinin (MMX) yeni qərarına əsasən, 2026-cı il oktyabrın 1-dən maliyyə institutlarının elektron köçürmələrlə bağlı MMX-yə məlumat təqdim etməsi üçün illik minimum hədd 20 min manat (və ya ekvivalenti) müəyyən edilib.

Müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin cəmi bu məbləğə çatdıqdan sonra onun hər növbəti əməliyyatı (hesablararası, hesabsız, e-pul kisəsi və virtual aktivlərə köçürmələr) barədə MMX-yə məlumat veriləcək.

Həmçinin, hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatlar 2027-ci il 31 dekabradək xidmətə təqdim edilməlidir.