17:10 - 29.09.2026
29 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF), "Flex Middle East FZE" və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Hindistanın "UFlex Limited" şirkətinin iştirakı ilə Ələt Azad İqtisadi Zonasında (AFEZ) yeni qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq.
Ümumi dəyəri 117,7 milyon ABŞ dolları olan layihə üçün AFEZ-də 4,7 hektar torpaq sahəsi ayrılıb və "Flex Films AZB AFEZCO" şirkəti təsis edilib. İllik 60 min ton istehsal gücünə malik olacaq bu müasir müəssisə Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafına, xarici investisiyaların cəlb edilməsinə və ixracyönümlü qablaşdırma sənayesinin genişlənməsinə xidmət edəcək.
Məhsullarını 150-dən çox ölkəyə ixrac edən "UFlex Limited" 1985-ci ildən fəaliyyət göstərir və 9 ölkədə istehsal müəssisələrinə sahibdir.
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026