Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb

17:08 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. ABŞ Federal Ehtiyat Sisteminin (Fed) inflyasiya ilə mübarizədə daha sərt pul-kredit siyasəti  gözləntiləri və Avropada artan enerji qiymətləri avronun məzənnəsini kəskin aşağı salıb.

Nəticədə EUR/USD pariteti gün ərzində 0,3% geriləyərək 1,1332 səviyyəsinə düşüb ki, bu da cari ilin 24 iyun tarixindən bəri ən aşağı göstəricidir.

Yaxın Şərqdə artan gərginlik və neft qiymətlərinin bahalaşması qlobal inflyasiya təzyiqlərini artırır. Bazarlar Fed-in oktyabr iclasında faiz dərəcəsini 73% ehtimalla 25 baz bəndi artıracağını qiymətləndirir.

Cari həftə açıqlanacaq ABŞ məşğulluq və kənd təsərrüfatı xaric iş yerləri (NFP) hesabatları dolların mövqeyinə birbaşa təsir göstərəcək.