15:46 - 29.09.2026
29 sentyabr, Fineko/abc.az. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicilərinin əhaliyə göstərdikləri xidmətlər üzrə inteqrasiya olunmuş POS-terminallar vasitəsilə aparılan nağdsız dövriyyəsinin 50 %-i vergitutuma obyekti olan ümumi dövriyyədən çıxılır.
Vergi eksperti Cavid Vəlizadənin sözlərinə görə, bu güzəşt sahibkarların vergi yükünü əhəmiyyətli dərəcədə azaldır. Misal üçün, aylıq dövriyyəsi 190 min manat olan və bunun 140 min manatını nağdsız qaydada qəbul edən ictimai iaşə obyektinin büdcəyə ödəyəcəyi ƏDV öhdəliyi güzəşt tətbiq edildikdə 21,6 min manatdan 9 min manata düşür.
Nəticədə sahibkarın əldə etdiyi 12,6 min manatlıq vergi qənaəti Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən fərdi sahibkarlarda gəlir, hüquqi şəxslərdə isə mənfəət vergisindən tam azaddır.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026