16:36 - 25.09.2026
25 Sentyabr, Fineko/abc.az. Dünyanın aparıcı kriptovalyuta birjalarından olan "Bitget" bəzi pul kisələrindən təxminən 351,6 milyon dollar həcmində icazəsiz köçürmənin baş verdiyini və vəsaitlərin çıxarılmasının müvəqqəti dayandırıldığını elan edib.
Şirkətin baş icraçı direktoru Qreysi Çen bildirib ki, istifadəçilərin vəsaitləri tam təhlükəsizdədir və dəymiş ziyanın tamamı 464 milyon dollardan çox aktivi olan "Bitget İstifadəçiləri Qoruma Fondu" hesabına ödəniləcək.
"CertiK" təhlükəsizlik şirkətinin nümayəndəsi Esme Pau bu hadisəni 2026-cı ilin ən böyük kiberhücumlarından biri kimi qiymətləndirib.
Qeyd edək ki, 2018-ci ildə təsis edilən Seyşel adaları mərkəzli "Bitget" birjasının hazırda 120 milyon qeydiyyatlı istifadəçisi var.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026