14:15 - 25.09.2026
25 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi, sentyabrın 25-də Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub.
Bununla bağlı banklara təlimatlar göndərilib.
Belə ki, bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır.
Banklardan bəziləri bu məhdudiyyəti tətbiq etsə də, digərləri satışı oktyabrın 1-dən dayandıracaq.
Məsələn, vətəndaşın bir aktiv debet kartı varsa, bundan sonra o, eyni valyutada ikincini sifariş verə bilməyəcək.
Bəs görəsən bu qərarın verilməsini şərtləndirən səbəblər nə olub?
Məsələni şərh etməsi üçün iqtisadçı ekspert Ruslan Atakişiyevə müraciət etdik.
O ABC.AZ-a açıqlamasında bildirdi ki, bu günlərdə kartları bəzi hallarda əhali məqsəddən kənar istifadə edirlər.
Yəni nağd pulların orada yerləşdirilməsi, onun üzərindən əməliyyatın həyata keçirilməsi də baş verir. İndiki dövrdə bu kimi məsələlərin irəli sürülməsinin başlıca səbəblərindən biri təhlükəsizlikdir. Daha dəqiq desək cinayət yolu ilə əldə olunmuş vəsaitlərin dövriyyəsinin qarşısının alınmasıdır. Yəni mənbəyi bəlli olmayan, müxtəlif vasitələrlə və yaxud da ki, başqa kartdan başqa karta köçürüb, o kartı arada istifadə edib digərlərinə pul köçürməklə müxtəlif sxemlərin qurulması yolu ilə əhalinin aldadılması halları yaranıb. O cümlədən əhalinin pullarının oğurlanması halları da ola bilər. Əslində bunlar sırf təhlükəsizlik məsələləridir. Yəni təhlükəsizlik dedikdə burada əhalinin vəsaitlərinin oğurlanması və yaxud da korrupsiya yolu ilə, cinayət yolu ilə əldə olunan pulların leqallaşdırılması idi. Yəni bu qərar digər mənfi halların aradan qaldırılması üçün nəzərdə tutulub.
Müəllif: Elmir Muradov
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026