"Morgan Stanley" proqnozunu dəyişdi — Dollar güclənir, avro ucuzlaşacaq

15:45 - 25.09.2026


25 Sentyabr, Fineko/abc.az. ABŞ-nin aparıcı investisiya bankı "Morgan Stanley" ABŞ dollarının məzənnəsi ilə bağlı əvvəlki mənfi gözləntilərini yeniləyib.

Bankın analitikləri dərc etdikləri hesabatda dolların 2026-cı ilin ikinci yarısına qədər ucuzlaşacağı barədə təxminlərində yanıldıqlarını etiraf ediblər.

Dəyişikliyinə səbəb kimi Federal Ehtiyat Sisteminin (FED) sərt pul-kredit siyasəti, ABŞ-də faiz dərəcələrinin digər ölkələrlə müqayisədə yüksək qalması və Avropa Avrozonasında artan siyasi risklər göstərilib.

Yeni proqnoza əsasən, "Morgan Stanley" avro/dollar (EUR/USD) paritetinin 1,10 səviyyəsinə geriləyəcəyini, dollar indeksinin (DXY) isə gələn ilin ortalarınadək 104 bənd səviyyəsinə yüksələcəyini gözləyir.