17:10 - 24.09.2026
24 sentyabr, Fineko/abc.az. “AzerGold” QSC mineral resurs bazasını genişləndirmək məqsədilə genişmiqyaslı geoloji tədqiqat və kəşfiyyat işlərini davam etdirir.
Bu barədə cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov keçirilən brifinqdə məlumat verib.
Qeyd olunub ki, hazırda dövlət büdcəsi hesabına işğaldan azad edilmiş ərazilər də daxil olmaqla 15 min kvadratkilometr ərazini əhatə edən geoloji tədqiqatlar aparılır. 2027-ci ildə tamamlanması planlaşdırılan bu işlər sayəsində ölkənin mineral resurs potensialının xəritələndirilməsi həyata keçiriləcək.
Z.İbrahimov bildirib ki, şirkətin axtarış və qiymətləndirmə mərhələsində 10 perspektivli qızıl-mis sahəsi, ilkin kəşfiyyat portfelində isə 5 yataq mövcuddur. Göydağ, Başkənd və Mazımçay mis yataqları üzrə ümumilikdə 1,5 milyon GEO həcmində ilkin resurs müəyyən edilib. Eyni zamanda, BƏƏ-nin “International Resources Holding” şirkəti ilə Naxçıvanda birgə müəssisənin yaradılması və ilkin kəşfiyyat işlərinə hazırlıq intensiv şəkildə davam etdirilir.
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026