15:01 - 24.09.2026
24 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycan sığorta şirkətləri tərəfindən həyatın yaşam sığortası üzrə 559,5 milyon manat sığorta haqqı toplanıb.
Mərkəzi Banka istinadən xəbər verilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 milyon manat və ya 12,2% artım təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında sözügedən sığorta növü üzrə yığımlar 498,5 milyon manat səviyyəsində olmuşdu.
Hesabat dövründə həyatın yaşam sığortası üzrə həyata keçirilən sığorta ödənişlərində də kəskin artım dinamikası qeydə alınıb.
Belə ki, cari ilin 8 ayında sığortaçılar tərəfindən müştərilərə 561,6 milyon manat sığorta ödənişi verilib ki, bu da illik müqayisədə 141,7 milyon manat və ya 33,8% çoxdur. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin analoji dövründə bu göstərici 419,9 milyon manat təşkil etmişdi.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026