17:07 - 23.09.2026
23 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan Portuqaliyaya 221 milyon 958 min ABŞ dolları dəyərində 395 min 31,62 ton xam neft ixrac edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə Portuqaliyaya çıxarılan neftin həcmi 44,7 %, dəyəri isə 42,4 % artıb və bu ölkənin Azərbaycanın ümumi neft ixracındakı payı 2,7 % təşkil edib.
Ümumilikdə isə hesabat dövründə Azərbaycan 9 milyard 281 milyon 893 min ABŞ dolları dəyərində 14 milyon 677 min tondan çox xam neft və neft məhsulları ixrac edib.
İlin ilk 8 ayında ölkənin xarici ticarət dövriyyəsi 33 milyard 238 milyon ABŞ dollarına çatıb ki, bunun da 21 milyard 815 milyon dollarını ixrac, 11 milyard 423 milyon dollarını isə idxal əməliyyatları təşkil edib.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026