14:38 - 23.09.2026
23 Sentyabr, Fineko/abc.az. Avrozonada özəl sektorun fəallığı xidmət sahəsindəki gözlənilməz artım hesabına son 3 ildən çox müddətin en sürətli artım dinamikasını nümayiş etdirib.
"S&P Global" agentliyinin məlumatına görə, Avrozonanın Ümumi Satınalma Menecerləri İndeksi avqust ayındakı 52 bənddən sentyabrda 53,1 bəndə yüksələrək analitiklərin 51,7 bəndlik proqnozunu üstələyib.
Mərkəzi analitiklər bildirir ki, Almaniyanın rəhbərlik etdiyi emal sənayesi süni intellekt və müdafiə xərclərinin artması fonunda dörd ildən çox müddətin ən güclü artım dövrünü yaşayır.
Bölgənin iki ən böyük iqtisadiyyatında da kəskin irəliləyiş qeydə alınıb. Almaniyada Ümumi PMI 51,8-dən 53,8-ə qalxaraq 2025-ci ilin oktyabrından bəri en yüksək həddə çatıb.
Fransada isə xidmət sektorunun bərpası sayəsində indeks 48,5-dən 51,2-yə yüksələrək yenidən artım zonasına keçib və son iki ilin maksimumunu yeniləyib.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026