12:23 - 22.09.2026
22 Sentyabr, Fineko/abc.az. "Saudi Aramco" şirkəti Qırmızı dənizdəki Yanbu limanından Asiya neft emalı zavodlarına tədarükü bərpa etməyə hazırlaşır.
Şirkət azı üç Asiya alıcısına yaxın vaxtda Yanbudan yükələmələrin başlanacağı barədə qeyri-rəsmi məlumat verib.
Xatırladaq ki, limana gündə 4 milyon barel neft daşıyan Şərq-Qərb kəməri sentyabrın 10-da İHA hücumuna məruz qaldıqdan sonra Yanbudan daşımalar faktiki olaraq dayandırılmışdı.
Yanbundakı fasilədən ən çox zərər çəkən tərəf Avropa alıcıları olub. "Aramco" hücumlar səbəbindən oktyabr ayında Avropadakı müştərilərinə heç bir neft həcmi ayrılmayacağını bəyan edib. Şərq-Qərb boru kəmərinin sıradan çıxması səbəbindən Səudiyyə Ərəbistanı Asiyaya neft ixracını Bəsrə körfəzindəki Ras Tanura limanından artırıb.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
22 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026