21:37 - 21.09.2026
21 Sentyabr, Fineko/abc.az. İyulun 1-dən başlayan yeni mövsümdən etibarən Ukraynanın taxıl ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% azalaraq 4,67 milyon tona düşüb. İxracın həcmində buğda 44% azalışla 2,33 milyon ton, arpa 420 min ton təşkil etdiyi halda, qarğıdalı ixracı iki dəfəyə yaxın artaraq 1,84 milyon tona çatıb. İxracın kəskin düşməsinə Qara dəniz limanlarının (Çornomorsk, Pivdennıy və Odessa) avqust ayından bəri Rusiya hücumları səbəbindən fəaliyyətini dayandırması təsir göstərib.
Hazırda ölkə potensional kənd təsərrüfatı ixracının yalnız 40%-ni həyata keçirə bilir.
Yaranmış böhran fonunda Dünya Bankı Ukrayna fermerlərinə 250 milyon dollar həcmində maliyyə paketi ayırıb. Bu vəsait hökumətin güzəştli kredit proqramı üzrə faiz ödənişlərinin subsidiyalaşdırılmasına yönəldiləcək.
Qeyd edək ki, 2026-cı ilin əvvəlindən bəri ukraynalı istehsalçılar proqram çərçivəsində 2,8 milyard dollar kredit cəlb ediblər.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026