ABŞ İranın "BitBank" kriptovalyuta birjasına sanksiya tətbiq edib

10:13 - 18.09.2026


18 Sentyabr, Fineko/abc.az. ABŞ Xəzinədarlıq Nazirliyinin Xarici Avadanlıqlara Nəzarət İdarəsi (OFAC) İranın sanksiyalardan yayınmasına şərait yaratdığı əsası ilə "BitBank" kriptovalyuta birjasını və onunla bağlı şəxsləri "qara siyahı"ya salıb.

Şirkət sanksiyalara məruz qalmış iranlı iş adamı Babək Zəncaniyə  məxsus rəqəmsal aktiv infrastrukturu çərçivəsində fəaliyyət göstərir.

Tətbiq edilən sanksiyalar "BitBank" ilə yanaşı, platformanın proqram təminatçısı "Pishtaz Simorgh Electronic Trade" şirkətini və B.Zəncani ilə əlaqəli 3 fiziki şəxsi əhatə edir.

Məlumata görə, "BitBank" vasitəsilə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yüz milyonlarla dollar dəyərində "Bitcoin" köçürülüb və dəniz xidmətləri şirkətlərindən daxil olan vəsaitlərin yuyulması həyata keçirilib.